Rusiya ordusu Kiyevdə TV-lərin yayımını tənzimləyən teleqülləni vurub, ölən və yaralananlar var

img

01-03-2022 [19:27]


Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevdə TV-lərin yayımını tənzimləyən teleqülləni vurub.

Mia.az TRT-yə istinadla xəbər verir ki, raket zərbəsi ilə teleqüllə sıradan çıxarılıb.

Faktı Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko təsdiqləyib.

Bildirilib ki, teleqüllənin vurulmasına görə Ukraynada bir çox TV-lərin fəaliyyətində fasilə yaranıb.

Bununla bərabər,5 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.

İlkin məlumatlara görə, Kiyev teleqülləsinə iki raket düşüb. Teleqülləni elektrik enerjisi ilə qidalandıran transformator yarımstansiyası, eləcə də idarəetmə otağı zədələnib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq