Moldova parlamentinin sədri Cıdır düzündə olub, Şuşa qalasını ziyarət edib - FOTO (Yenilənib)
23-02-2022 [18:22]
Fevralın 23-də Moldova parlamentinin sədri İqor Qrosunun rəhbərlik etdiyi nümayəndə heyətinin işğaldan azad olunmuş Füzuli və Şuşa şəhərlərinə səfər edib.
Mia.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətinə Füzulidə ermənilər tərəfindən törədilmiş dağıntılar, dini-mədəni abidələrin yerlə-yeksan edilməsi, həmçinin rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən burada aparılan yenidənqurma işləri, həyata keçirilən layihələr barədə məlumat verilib.
Moldova parlamentinin nümayəndə heyəti Füzulidən sonra Şuşaya səfər edib. Qonaqlar əvvəlcə Şuşa qala divarları ilə tanış olublar. Onlara məlumat verilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.
Sonra moldovalı parlamentarilər qonaqlar Yuxarı Gövhərağa və Aşağı Gövhərağa məscidlərində olublar. Məlumat verilib ki, 30 illik işğal dövründə dini abidələr, o cümlədən məscidlər erməni vandallığına məruz qalıb. Şuşa işğaldan azad olunandan dərhal sonra bu məscidlərdə təmir-bərpa işlərinə başlanılıb.
Nümayəndə heyətinin üzvləri Cıdır düzün də olublar. Bildirilib ki, Cıdır düzü dağlar qoynunda yerləşən şəhərin yeganə və ən böyük hamar ərazisidir. Bu səbəbdən ta qədimdən burada Qarabağ igidlərinin cıdır yarışları, çövkən oyunları, Novruz və digər el şənlikləri keçirilib. Cıdır düzü bütün zamanlarda şuşalıların və Şuşaya təşrif buyuran qonaqların ən sevimli məkanı, seyrəngahı olub. Buradan açılan heyrətamiz mənzərə insanı valeh edir.
Daha sonra Vaqifin məqbərəsini ziyarət edilib. Onlara məlumat verilib ki, bütün digər tarixi abidələrimiz kimi, Vaqifin məqbərəsi də erməni vandalizminə məruz qalıb. Məqbərə tam bərpa edilib və 2021-ci ilin avqustunda abidənin açılışı olub.
Moldovalı parlamentatilərin Şuşaya səfəri Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin ziyarət olunması ilə başa çatıb. Muzeyin fəaliyyəti və tarixi barədə qonaqlara məlumat verilib.
Bununla da Moldova parlamentinin sədri İqor Qrosunun rəhbərlik etdiyi nümayəndə heyətinin Füzuli və Şuşaya səfəri başa çatıb.
***
Moldova parlamentinin sədri İqor Qrosunun rəhbərlik etdiyi nümayəndə heyəti Cıdır düzündə olub, Şuşa qalasını ziyarət edib.
Mia.az xəbər verir ki, bundan sonra qonaqlar Şuşada Vaqifin məqbərəsini və Bülbülün ev muzeyini ziyarət ediblər.
***
Moldova parlamentinin sədri İqor Qrosunun rəhbərlik etdiyi nümayəndə heyətinin işğaldan azad olunmuş Füzuli və Şuşa şəhərlərinə səfəri başlayıb.
Mia.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətinin Şuşa Qala divarlarını, Cıdır düzünü, Bülbülün ev muzeyini və digər tarixi məkanları ziyarət etməsi nəzərdə tutulur.
Qonaqlar Şuşada aparılan yenidənqurma işləri ilə də tanış olacaqlar.
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq
Rəsul Çunayev vəzifəyə təyin olunub
Türkiyədə pişiyi öldürən sürücüyə maraqlı cəza verildi - Bir ay...
Prokurorluğa yeni səlahiyyəti verilir
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
MƏNBƏNİN AÇIQLANMASI - "Media haqqında" qanuna dəyişiklik olacaq
İordan çayının Qərb Sahilində gərginlik yaranıb
Kəndlər niyə boşalır? - SÜJET
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
FHN-də daha bir təyinat olub
AHİK-də daha bir maraqlı dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi
Mehdiabaddan "28 May"a tramvay açılır
Xırdalanda tıxac.. - Yeni yeraltı tunel açılacaq
ALİ MƏHKƏMƏ DAHA BİR İŞ ÜZRƏ VAHİD QƏRAR QƏBUL ETDİ
"Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir - VİDEO
Ukrayna Rusiyanın daha bir neft bazasını vurub
Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç olub
43 yaşlı Samiq Abuşov 20 kq narkotiklə saxlanılıb
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
Daha bir nəfər dəm qazından ölüb
“Qarabağ” Liperpula kimə hədiyyə aparıb? - Klub üzvləri “Duty Free”dən bol bazarlıq etdi (VİDEO)
TRAMP İRAQI HƏDƏLƏDİ: "Əgər onu Baş nazir seçsəniz..."
Ərdoğanla Tramp telefonda danışdı - Nələr müzakirə olunub?
BMT-dən Fars körfəzindəki gərginliyə reaksiya: "Çox narahatıq"
"AVROPA OYANDI" - Almaniya kansleri ABŞ-a belə mesaj verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Özümüzü "Liverpul"la oyuna kökləməliyik" - Qurban Qurbanov
İsrail təyyarəsi Suriyanın əkin sahələrinə naməlum maddə səpib - Test nümunələri götürülüb
Türkiyə ilə Nigeriya arasında doqquz yeni sənəd imzalandı - SİYAHI
Ali Məclisin Aparat rəhbəri vəzifədən azad edilib
"Beşiktaş"ın futbolçusuna ağır itki üz verdi - Atası qəzada öldü
Nigeriya prezidenti Ankarada qarşılanma mərasimində yıxıldı - Hadisə anının VİDEOSU
Azərbaycanla Errmənistan arasında yeni razılaşma olub - Mayeləşdirilmiş qaz və bitumla bağlı
"Qalatasaray"ın həbsdə olan keçmiş vitse-prezidentinn obyektinə silahlı hücum olub - Gecə yarısı
Əli Əsədov hökumət üzvlərini topladı: iclas keçirildi - FOTO
PA-nın vəzifəli şəxslərinin qəbul günü açıqlandı - CƏDVƏL
Şəki Olimpiya Kompleksində ciddi səhvlərə yol verilib - FOTO
Fəhlə daş karxanasında faciəli şəkildə ölüb