Xaçmazda qadın su çəninə düşərək ölüb

img

19-02-2022 [10:46]


Xaçmazda qadın su çəninə düşərək ölüb.

Hadisə rayonun Yeni Həyat qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1956-cı il təvəllüdlü Sevinc Nəriman qızı Orucova yaşadığı evin həyətində 5 tonluq su çənini doldurarkən çənin içərisinə düşüb və boğulub.

S.Orucovanın meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib/Report.

Hadisə ilə bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA