Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
08-02-2022 [00:03]
Qoç - hadisələrlə zəngin gündür. Aktiv olun. Yaradıcılıq ideyalarınız az olmamalıdır. Problemlərin həll prosesində rutinlik nümayiş etdirməyin. Yeni layihələrə başlaya bilərsiniz. Enerjiniz çoxdur. Yetərincə iş görə bilərsiniz.
Günün ikinci yarısını dəyər verdiyiniz insanla keçirin. Etibar ediləsi tərəfdaş və ya şəriklə müzakirələr apararaq yeni planlar qurun. Ətrafınızdakı insanları mövqelərinizə inanmağa vadar etməyə çalışsanız, qarşılıqlı anlaşmaya nail olmayacaqsınız.
Axşam saatları yeni tanışlıqlar üçün pis deyil.
Buğa - səbrli olun, təmkinli davranın. Yaxın ətrafınızdakı insanlarla kəskin mübahisələr etməyin. Maliyyə məsələlərində diqqətli davranın. Aldığınız təklifi qəbul etməyə tələsməyin. Mənasız, heç bir səbəb olmayan səhvə görə ağır itkilər verə bilərsiniz.
Dostlarla, yaxınlarla münasibətləri yaxşılaşdırmaq üçün günün ikinci yarısında yaranacaq imkanlardan yararlanın. Emosiyalarınız yaxşıdır. Sevdiyiniz insanı sevindirmək üçün gərəkli sözləri söyləyin.
Axşam saatlarında gəzintiyə çıxın.
Əkizlər - yaradıcılıq, fəaliyyətin yeni yollarının aranması, informasiyanın araşdırılması, təkmilləşmə üçün yaxşı zamandır. Problemlərin həllində emosional olsanız, praktiki məsələlərin öhdəsindən gələ bilməyəcəksiniz. Səhhətinizə fikir verin.
Günün ikinci yarısında sevdiyiniz insanın tələblərini nəzərə alın. Amma ifrat dərəcədə hisslərə qapılmayın. İnadkarlıq etməyin, qarşı tərəfi anlamağa can atın.
Axşam saatlarında normal istirahət edin.
Xərçəng - maliyyə məsələlərinin həllində tələsməyin. Yaxşı bələd olmadığınız insanlar sizi aldatmağa can atacaqlar. Fırıldaq və yalan qurbanına çevrilməyin. Nəzərdə tutduğunuz məsələləri ləngimə, təxirəsalmalar olmadan həyata keçirin.
İnandığınız insandan yardımı qəbul edərək günün ikinci yarısında münasibətləri normallaşdırmaq olar.
Sizdən uzaqda olan insandan alınan mühüm informasiya nəzərdə tutduğunuz layihələrdən birində kəskin dəyişiklikləri ehtiva edir. Mübahisə yaranarsa, kompromissə meylli olun.
Axşam saatlarında gəzintiyə çıxın. Açıq havada olun.
Şir - tanışlarınızın şirnikləndirici təkliflərinə aldanmayın. Məsuliyyətli olun, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün var qüvvənizlə çalışın. Hisslərin əsiri olmayın. Planlaşdırılmamış gəlir istisna deyil.
Günün ikinci yarısında anlaşmalar və müqavilələr xeyir verə bilər.
Etibar edə biləcəyiniz insanları dəqiq seçin. Belə məsələlərdə intuisiyanıza güvənməyin. Axşam saatlarını şəxsi problemlərin həllinə həsr edə bilərsiniz. Əsas məsələdən savayı bütün məqamları arxa plana salın.
Qız - vaxtınızı boş işlərə sərf etməyin. Qərarları vaxtında, sürətlə qəbul edin. Tənbəlliyə və süstlüyə qapılaraq mühüm işləri ertələməyin. Uğurlu şanslardan yararlanın. Peşəkar fəaliyyət müstəvisində tələsik addımlar atmayın.
Günün ikinci yarısı karyera və ya iş yerinin dəyişdirilməsi ilə bağlı müzakirələr ola bilər. Yeni işə başlayaraq əlavə gəlir əldə etmək olar.
Ailə üzvləri ilə münasibətlərin harmonik olmasına çalışın. Yaxınlarınızla münaqişə etməyin.
Axşam saatlarını dostlarla keçirə bilərsiniz.
Tərəzi - yaranan çətinliklərə, yaşanan problemlərə rəğmən pozitiv olun. Əsla ruhdan düşməyin. İş prosesində formalaşan sədlərlə maneələri dəf etmək gücünə maliksiniz. İşgüzar görüş, ticari əməliyyat, investisiya və ya səfər uğurlu alına bilər.
Günün ikinci yarısı müqavilələrin imzalanması, tərəfdaşlarla yeni layihənin müzakirəsi üçün pis zaman deyil.
Şəxsi münasibətilərdə vəziyyət axşam saatlarına yaxın gərginləşəcək. Maliyyə məsələləri ilə bağlı yaxınlarınızla münasibətlərdə sərinləşməyə imkan verməyin.
Emosiyalara qapılaraq aqressivləşməyin.
Əqrəb - günün ilk yarısından etibarən situasiya rəvan olmayacaq. Əhvalınız sürəkli dəyişməsin. Öznüzü gah ən çətin işləri sürətlə görəcək insan, gah da bədbinlik ümmanına qərq olmuş adam saymayın.
Enerjinizi və qüvvənizi mənasız işlərə sərf etməyin. İstənilən formada risklərdən uzaq durun.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə problemlər yarana bilər. Onların nə istədiklərini anlamağa çətinlik çəkəcəksiniz. Vəziyyət gərginləşəndə özünüzü suçlayın. Ailədə sülh və əmin-amanlığı bərpa etmək asan olmasa da, buna can atın.
Oxatan - mürəkkəb problemləri və ağır işləri asanlıqla çözmək imkanları yaranıb. Həll olunmayan məqamların təfərrüatlarından yararlanaraq irəliləməyə çalışın. Ünsiyyətdə təmkinli olsanız, uğur əldə edə bilərsiniz. Gərəkli, hadisələrə təsir imkanlarına malik insanlarla əlaqələri möhkəmləndirin.
İndiyədək özünüzə düşmən saydığınız kəslərdən biri ilə təmasları normallaşdıra bilərsiniz.
Günün ikinci yarısında şəxsi münasibətlərdə gözəl olay yaşanacaq. Dəyişikliklərdən qorxmayın. Yeniliklər sizi narahat etməsin.
Axşam saatlarındakı söhbət əhvalınızı yaxşılaşdıracaq.
Oğlaq - günün ilk yarısından etibarən hadisələr mürəkkəb olacaq. Situasiya birmənalı deyil. Rəqib qarşısından geri çəkilməyin. Sizə bədxah münasibət bəsləyən insanların planlarını darmadağın edin.
Maraqlarınızı təmin etmək, itkilərə yol verməmək üçün orijinal yollardan istifadə edin. Ətrafınızdakı insanlar təəccüblənsələr də, qətiyyətli olun.
Günün ikinci yarısında məqsədə doğru qətiyyətlə irəliləyin. Hətta zərurət yaranarsa, hiyləgərlik etməkdən də çəkinməyin.
Axşam saatlarında romantik görüş ola bilər. Bununla yanaşı, çətinliklər və gərgin ortam da istisna deyil. Yeni yaranacaq münasibətlərin perspektivləri var.
Dolça - işgüzar fəaliyyətinizin genişləndirilməsi üçün əlverişli zamandır. İndiyədək öhdəsindən çətinliklə gəldiyiniz işi başa vura bilərsiniz. Təşəbbüskar olun. Yaxın ətrafınızdakı insanlar ideyalarını diqqətsiz qoymayacaqlar.
Günün ikinci yarısında yeni layihələrinizi maraqlı tərəflərin diqqətinə çatdırın.
Şəxsi münasibətlərdə problemlər yaranacaq. Dəyər verdiyiniz insanın sırf merkantil istəkləri və maraqları ilə qarşılaşacaqsınız. Bəzi problemləri qarşılıqlı anlaşmanın olmaması və ya ətalət səbəbindən həll etmək mümkün deyil.
Balıqlar - günün ilk yarısı o qədər də xoş deyil. Hisslərə qapılmayın, emosiyalarınızı cilovlayın. Yaxın ətrafınızdakı insanların tənqidlərinə adekvat reaksiya verin. Peşəkar fəaliyyət müstəvisindəki situasiya o qədər də pis deyil.
Günün ikinci yarısında narahatlıq və nigaranlıq üçün ciddi səbəblər yoxdur.
İşdə rəhbərliklə, həmkarlarla münasibətləri normallaşdırın. Tərəfdaşlarla əlaqələrdə aktiv olun. Hadisələrə təsir imkanları olan insanın rəğbətini qazana bilərsiniz.
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL