Məhkəmə hakiminin döyülən atası vəfat edib
29-01-2022 [17:53]
Taksi sürücüsü tərəfindən döyülərək ağır xəsarət alan Xəzri Həşim Əjdər oğlu 3 ay sonra vəfat edib.
APA-nın əldə etdiyi məlumata görə, Xəzri Həşim ötən ilin oktyabr ayının 20-də Binəqədi rayonu ərazisində özünə məxsus "Hyundai Santa Fe” markalı avtomobillə hərəkətdə olarkən qarşıdan gələn "Nissan Sanny” markalı avtomobilin sürücüsü Hüseynov Nicat Arif oğlu ilə aralarında bir-birinə yol verməmək üstündə mübahisə yaranıb. Taksi fəaliyyəti ilə məşğul olan N. Hüseynov mübahisə zamanı Xəzri Həşimi yumruq və təpiklə döyüb. Nəticədə Xəzri Həşim baş-beyin nahiyəsindən həyatı üçün təhlükəli olan xəsarətlər alıb.
Hadisədən sonra şiddətli baş ağrıları başlayan zərərçəkmiş oktyabrın 24-də Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb. Xəstə kompyuter tomoqrafiyasından (KT) keçirilən zaman beyində qanama ocağı aşkar edilib. O, həmin günü evə buraxılıb, lakin axşam baş ağrıları daha da şiddətlənib. Aldığı zərbələrin təsirindən həmin gün axşam Xəzri Həşimin vəziyyəti yenidən pisləşdiyi üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına geri qaytarılıb. Xəstəxanaya çatdırıldıqdan təxminən 20 dəqiqə sonra komaya düşüb. Xəstə kompyuter tomoqrafiyasından (KT) keçirilən zaman beyində qansızma ocağının artması müəyyən edilib və intubasiya edilərək təcili əməliyyata alınıb. Xəzri Həşim ötən il oktyabrın 24-dən noyabrın 6-a qədər Respublika Neyrocərrahiyyə Xəstəxanasına stasionar müalicə alsa da, səhhəti daha da ağırlaşıb. Sonradan Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilən xəstə dekabrın 27-nə qədər orda müalicə olunub, lakin vəziyyətində irəliləyiş baş verməyib. Koma vəziyyətində olan xəstənin müalicəsinin həkim nəzarəti altında xüsusi şəraitdə evdə davam etdirilməsinə qərar verilib.
Xəzri Həşim bu il yanvarın 25-də vəfat edib.
Hadisəni törətməkdə təqsirləndirilən N. Hüseynov isə polis tərəfindən saxlanılıb, o, Cinayət Məcəlləsinin 126.1-ci ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib.
APA-nın əldə etdiyi məlumata görə, Xəzri Həşim Əjdər oğlu Xəzər Rayon Məhkəməsinin hakimi Xəzri Ramilə Həşim qızının atasıdır.
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR