"Marsel" - "Qarabağ" oyunu neytral ölkədə keçirilə bilər

img

27-01-2022 [22:27]


"Qarabağ"ın Fransada "Marsel"ə qarşı keçirlməli olduğu UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk qarşılaşması neytral ölkədə oynanıla bilər.

"L Equipe" nəşri xəbər verir ki, buna səbəb Ağdam klubunun futbolçularına vurulmuş peyvəndlərin Fransada qəbul olunmamasıdır.

İddiaya görə, Avropa futbol qurumu məsələ ilə bağlı yerli hakimiyyətlə danışıqlar aparır və oyunçular üçün istisna tətbiq edilməsinə çalışır. Tərəflər ortaq məxrəcə gələ bilməsələr, UEFA-nın qaydalarına uyğun olaraq, qarşılaşma neytral ölkədə baş tuta bilər.

Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA