Ərdoğan Putini Türkiyəyə dəvət edib - Kremldən müsbət cavab gəldi (Yenilənib)

img

27-01-2022 [14:06]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putini ölkəsinə səfərə dəvət edib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan dəvəti ilə bağlı Putindən cavab gözlədiyini də sözlərinə əlavə edib.

Ərdoğan onu da bildirib ki, Ankara və Moskvanın Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı fəaliyyəti davam edir: "Geriyə addım yoxdur. Kimdən nə alacağımıza özümüz qərar veririk. S-400 tədarüklərimizin arxa planı özümüzdə gizlənən anlayışdır".

***

“Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə səfərlə bağlı dəvətini qəbul edib”.

Mia.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib

O bildirib ki, epidemioloji vəziyyət və liderlərin iş qrafikinə uyğun olaraq Putin Türkiyəyə səfər edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR