Balakəndə yanan evdən 75 yaşlı kişinin meyiti tapılıb

img

23-01-2022 [11:10]


Balakəndə yanan evdən 75 yaşlı kişinin meyiti tapılıb.

Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Gərəkli kəndində ümumi sahəsi 12 m² olan birmərtəbəli köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1947-ci il təvəllüdlü Osmanov Zumrat Nəcməddin oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı