Ukraynada nə baş verir? - ABŞ Kiyevdəki diplomatlarının ailələrini ölkədən çıxarır

img

22-01-2022 [20:27]


ABŞ Dövlət Departamenti Ukraynadakı səfirliyin əməkdaşlarının ailələrinin təxliyəsi barədə göstəriş verib.

Bu barədə "Fox News"un jurnalisti Lukas Tomlinson adları açıqlanmayan ABŞ rəsmilərinə məlumat yayıb.

Məlumata görə, səfirliyin 7 əməkdaşının ailə üzvlərinin təxliyəsi yanvarın 24-dən başlayaraq həyata keçirilə bilər.

Daha əvvəl "Bloomberg" adlarıı açıqlanmayan mənbələrə istinadən xəbər verib ki, yaxın günlərdə ABŞ səfirliyinin əməkdaşlarının ailə üzvlərinin məcburi təxliyəsi planlaşdırılır.

Qeyd edək ki, bəzi iddialara görə, bu addım Rusiyanın Ukraynaya gözlənilən hücumu ilə əlaqəlidir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA