“Space”in keçmiş əməkdaşına vəzifə verildi

img

07-03-2014 [13:49]


"Space” televiziyasının "Hər gün” xəbərlər xidmətində müxbir vəzifəsində çalışmış Günel Məmmədovaya vəzifə verilib. 

AzNews.az xəbər verir ki, o, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.

G.Məmmədova 2004-2009-cu illərdə müxtəlif Kütləvi İnformasiya Vasitlərində jurnalist fəaliyyəti ilə məşğul olub. 2009-2012-ci illərdə "Space”in "Hər gün” xəbərlər xidmətində müxbir vəzifəsində çalışıb.

G.Məmmədova 2012-ci ildən bu gününədək "Space” kanalından ayrılaraq Azərbaycan Sahibkarlar(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında baş mütəxəssis, ASK-nın orqanı olan "Biznes Həyatı” jurnalının məsul katibi vəzifəsində çalışıb.

Amid Əyyuboğlu
AzNews.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA