Peskovdan Qazaxıstandakı KTMT hərbçiləri ilə bağlı açıqlama: "Rusiya buna müdaxilə etməyəcək”

img

11-01-2022 [15:03]


"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrini çıxarmaq qərarı Qazaxıstanın müstəsna hüququdur və Rusiya buna müdaxilə etməyəcək”.

Mia.az  AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bu, KTMT-yə müraciət etmiş ölkənin tam səlahiyyətindədir. Bu, onların analizidir və bizim buna qarışmağa haqqımız yoxdur”, - Kreml sözçüsü bildirib.

Bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib ki, KTMT sülhməramlı kontingentinin ölkədən çıxarılmasına iki gündən sonra başlanacaq və proses10 günə başa çatacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?