Almatıda 4 qurum birgə əməliyyat keçirir - 675 nəfər tutulub

img

11-01-2022 [09:25]


Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları Almatı əyaləti və Almatı şəhərində iğtişaşlarda iştirak etdiklərinə görə 675 nəfəri saxlayıb.

Bu barədə “Xabar 24” telekanalı ölkənin Milli Təhlükəsizlik Komitəsinə (MTK) istinadən məlumat yayıb.

"Almatı şəhəri və Almatı vilayətində üç gündə 675 nəfər saxlanılıb. Əməliyyatda MTK, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Milli Qvardiyanın xüsusi təyinatlı qüvvələri iştirak edir", - telekanal bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?