Avropa İttifaqından Rusiyaya xəbərdarlıq: "Bu, Rusiya üçün böyük nəticələrə səbəb olacaq”

img

09-01-2022 [19:30]


“Ukraynaya qarşı istənilən aqressiya Rusiya üçün böyük nəticələrə və böyük xərclərə səbəb olacaq”.

Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell bloqunda yazıb.

Onun sözlərinə görə, Rusiya ilə dialoq Ukraynanın suverenliyi və ərazi bütövlüyünə möhkəm dəstək verməklə lazımdır.

“Biz öz yanaşmamızı transatlantik və digər həmfikir tərəfdaşlarla yaxından əlaqələndiririk. Ukraynanın təhlükəsizliyi olmadan Avropada təhlükəsizlik yoxdur”.

Qeyd edək ki, C. Borrell yanvarın 4-dən 6-dək Ukraynada səfərdə olub və bu səfər zamanı ilk dəfə olaraq Donbassdakı təmas xəttinə baş çəkib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?