Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri də vəzifədən çıxarıldı - DTX rəisinə yeni vəzifə verildi

img

06-01-2022 [09:12]


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının sədri vəzifəsindən azad etdikdən sonra Milli Təhlükəsizlik Komitəsinin sədri ilə Dövlət Təhlükəsizlik Xidmətinin rəisini də vəzifələrindən çıxarıb.

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, sərəncama əsasən, Kərim Məsimov Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifəsindən azad edilib. Onun yerinə isə  Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Yermek Saqimbayev gətirilib.

DTX rəisi vəzifəsinə isə Saken İsabekov təyin olunub.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?