Qazaxıstan prezidenti: “Almatıda etirazçılar hərbçiləri çılpaq halda küçələrdə gəzdirib..."

img

05-01-2022 [18:18]


“Almatıda etirazçılar hərbçiləri döyüb, alçaldıb, çılpaq halda küçələrdə gəzdirib, qadınlara hücum edib və mağazaları qarət edib”.

Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev televiziya vasitəsilə xalqa müraciətində bildirib.

O, etirazçıların Almatıda yaşayan bütün sakinlərin təhlükəsizliyinə təhdid olduqlarını vurğulayıb.

Tokayev polis və hərbi qulluqçulara təşəkkür edib. O, hüquq mühafizə orqanlarının əməkdaşları arasında ölənlərin və yaralananların olduğunu qeyd edib.

Qazaxıstan Prezidenti etirazçılara sərt cavab veriləcəyini də diqqətə çatdırıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?