İTV-nin Yayım Şurasına yeni üzvlər seçilidi - SİYAHI

img

30-12-2021 [12:09]


İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının tərkibində dəyişiklik edilib.

Mia.az xəbər verir ki, bununla bağlı "İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında" Milli Məclisin qərar layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirə olunub.

Namizədliyi Sahibkarlar Şurası tərəfindən namizədliyi irəli sürülmüş şəxslər:

Zeynalov Vüqar Eldar oğlu

Abdullayeva İlhamə Xanlar qızı

Namizədliyi gənclər təşkilatları tərəfindən namizədliyi irəli sürülmüş şəxslər:

Əliyev Azər Ruslan oğlu

Axundova Ülviyyə Süleyman qızı

Namizədliyi qadın cəmiyyətləri tərəfindən namizədliyi irəli sürülmüş şəxslər:

Yusifova Sevil Şərif qızı

Mansurova Zirəngiz Dəmirçi qızı.

Müzakirələrdən sonra Zeynalov Vüqar Eldar oğlu, Əliyev Azər Ruslan oğlu, Yusifova Sevil Şərif qızı 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçiliblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq