Bizi Şuşasız, Şuşanı bizsiz qoyma...
YAZARLAR
29.12.2021, 13:01
Mən əvvəllər Şuşada çox olmuşam. Bilirəm, yaxınlarım – ailəm, dostlarım, məni yaxşı tanıyanlar təəccüblənəcək: “Axı bu, nə vaxt olub Şuşada?”.
Bəli, əzizlərim, mən Şuşada çox olmuşam! Mən onun hər dağına, hər qayasına, onun torpağına, suyuna, havasına yaxşı bələdəm. Mən o, düşmən əsirliyində olanda, işğal altında inləyəndə də Şuşada olmuşam.
Əlimiz çatmayan, ünümüz yetməyən, vüsalını xəyal etdiyimiz vaxtlarında da!
Yaralarını sarıya bilməsəm də, için-için çox ağlamışam. Axı kişi hönkür-hönkür ağlamaz. Biz illərdir içimizə axıdırdıq göz yaşımızı. Yaxşı ki, qisas günü, yaxşı ki, Zəfər günü çatdı, Şuşa deyəndə içimizin sızlamağına, qəlbimizin göynəməyinə son qoyuldu. Müzəffər Azərbaycan Ordusu bizi bu nisgildən, bu gözükölgəlilikdən, bu diliqısıqlıqdan qurtardı. İndi alnıaçıq, başıuca, nəşəli, qalib kimi Şuşaya gedə bilirik. Yuxulardakı Şuşadan işğaldan azad olunan Şuşaya gedirik.
Dedim axı, mən qələbədən əvvəl də Şuşada çox olmuşdum. Qala divarlarının dibində boynubükük dayanıb “Bizi bağışlama, Şuşa” köşəsini oradaca yazmışdım, “Şuşaya sancılan bayraq” yazısını da... Yəni, yuxularımda da olsa, Şuşaya çox gedib-gəlmişəm. İçimə hopub Şuşanın havası, suyu, məni özünə bənd edib Şuşa sevgisi...
Dostlar xatırlayar. Bir neçə il əvvəl, gördüyüm bir yuxunu qələmə almışdım. Həmkarlar, dost-tanış öz media səhifələrində həmin “Şuşaya sancılan bayraq” sərlövhəli yazımı yayımlamışdılar.
Yazının bir hissəsini xatırladım indi: “...dayandığım yerdən aydın görünmürdü, amma elə bilirdim ki, Şuşanın ətəyindəydik (mən heç vaxt Şuşada olmamışam). Erməni tərəfdən tək-tük atəş səsi gəlir. Sanki qırılıb qurtarmışdılar... Alaqaranlıq idi. Bir nəfər əlində Azərbaycan bayrağı hundür zirvəyə qalxırdı. Bilmirəm, yaralanmışam, ya əldən düşmüşəm, yerə çönmüşəm, avtomata söykənib güclə dayanmışam. Bayraqla zirvəyə qalxan əsgərə baxıram. Atəş səsləri tamamilə kəsilir, elə bir sakitlik çökür ki, elə bil, dünyada heç kim qalmayıb – bir mən, bir də bayraqla zirvəyə qalxan əsgər. Əsgər zirvənin ən ucqar yerinə çatdı. Bayrağı sancan kimi hər yer işıqlandı, əsgərin üzü göründü. ATAM idi, elə 35 yaşındakı kimi cavan... Günəş çıxdı və həqiqətən də Şuşadaymışıq...”
Bunu, bilirsiniz, niyə xatırlayır, sizə niyə xatırladıram? – Mən Şuşanı görmədən duyan, görmədən sevənlərdənəm. Mən Şuşanı yuxularımda işğaldan azad etmişəm. Şuşa qalasına şanlı bayrağı atam sancıb. Kim Şuşanı belə sevər?! Məncə, hər bir azərbaycanlı elə belə sevər, sadəcə hərənin sevgisinin öz rəngi, öz dadı var. Ona görə də Zəfər Günündən bu yana – hər bir azərbaycanlı kimi – Şuşaya getmək, daha doğrusu, Şuşanı ziyarət eləmək ən böyük arzum olub. Bir neçə gün əvvəl “Sizə şad xəbərimiz var. Şuşaya gedərsiniz?” sözlərini eşidəndə sevincdən qulaqlarım tutuldu. Bircə onu deyə bildim: “Şuşaya indi kim getməz ki?!”.

Jurnalistlərin Şuşa səfəri, əminəm ki, bu günə kimi onların ən şərəfli, ən maraqlı, ən fərəhli və əlbəttə ki, ən həyəcanlı səfəri oldu. Məncə, bu fikirlə hamı razılaşar. Çünki orda həmkarlarım bir-birinin gözündə qəribə nəsə gördülər. Kimi dindirsən, nə hiss etdiyini ifadə edə bilməyəcəkdi. Bu qədər söz adamı nə yaşadığını, nə hiss etdiyini deyə bilmirdi, hislərini qəlibə sala, sığışdıra bilmirdi. Axı necə sözə sığışdıraydılar ürəyə sığışmayan hissləri!? Bir gün qabaq biz hələ “Sabah Şuşaya gedirik!” cümləsinin nə qədər BÖYÜK ÇƏKİLİ olduğunu izah edə bilmirdik, qaldı Şuşanı gəzməyin, Şuşa havasını içimizə çəkməyin nə olduğundan danışaq. Odur ki, kim nə danışsa, kim nə yazsa, özünün Şuşa sevgisini, Şuşa vüsalını izah edə bilməyəcək.
Ariflər haqlıdır: Ən böyük sevgi elə, səssiz, sözsüz sevgidir.
Cıdır düzündə anama videozəng acdım ki, görsün hardayam! Anam elə yerdə oturmuşdu ki, atamın portreti də görünürdü. Dedim istiqaməti dəyişmə, qoy KİŞİ də görsün Şuşanı, Cıdır düzünü. Bu zaman özümdən xəbərsiz göz yaşım yanağıma süzüldü. Ətrafdakılardan gizlətmək üçün üzümü çevirəndə gözümün suyu torpağa düşdü. Məncə, Şuşa sevgisi elə bu müqəddəs sevincdən axan göz yaşı ilə torpağın qoşuşması idi!
Biz Şuşamıza, toxunulan şərəfimizə, qeyrətimizə, namusumuza, tariximizə, kimliyimizə qovuşmuşuq. Bunu bizə bəxş edənlərə bir ömür borcluyuq. Tərəddüd belə etmədən canını verən şəhidlərin ruhuna, əzasını itirən qazilərə bir ömür dua eləsək, yenə azdır.
Qoy bir dua da bu olsun: Ulu Tanrı, bir daha və bir an da bizi Şuşasız, Şuşanı bizsiz qoyma...
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
QARA DƏNİZDƏ AZƏRBAYCANLILARIN OLDUĞU DAHA BİR GƏMİ VURULDU - VİDEO (YENİLƏNİB)
Bugün, 22:33 GÜNDƏM
-
Ceyhun Bayramovla ABŞ Dövlət katibi telefonda danışdı: strateji tərəfdaşlıq münasibətləri, Azərbaycan-Ermənistan normallaşma prosesi və... - XİN açıqladı
Bugün, 20:44 GÜNDƏM
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR
Bugün, 18:36 GÜNDƏM
-
Generalla bağlı qərar verildi
Bugün, 18:30 SİYASƏT
-
Azərbaycan Hərbi Dəniz Qüvvələri Pakistanda təlimdə - FOTOLAR
Bugün, 18:03 GÜNDƏM
-
"Qalatasaray" 8 futbolçu ilə yol ayrıcında: hansı oyunçularla müqavilə yenilənəcək?
Bugün, 18:02 İDMAN
-
Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu dayandırılır
Bugün, 17:47 İQTİSADİYYAT
-
Sabiq nazir adı 2.2 milyardlıq qalmaqalda hallanan keçmiş nazirə mesaj verdi: "Acgözdürsə..."
Bugün, 17:36 SİYASƏT
-
Bakıda şagird öldürüldü
Bugün, 17:23 KRİMİNAL
-
Tamam Bayatlı BP-dəki vəzifəsindən ayrılıb
Bugün, 17:06 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Sabah bəzi yerlərdə leysan olacaq - Xəbərdarlıq
Bugün, 16:47 GÜNDƏM
-
51 yaşlı şəxs kürəkənini bıçaqladı
Bugün, 16:40 KRİMİNAL
-
Prezident İlham Əliyev Fərman imzaladı
Bugün, 16:14 GÜNDƏM
-
Azərbaycan - Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
Bugün, 16:06 İQTİSADİYYAT
-
Leyla Sərabi mətbuat katibi təyin edildi
Bugün, 15:49 PRESS
-
Magistraturaya qəbul: dövlət sifarişli yerlər boş qalıb
Bugün, 15:18 GÜNDƏM
-
"Dərslər cəmi bir aydır başlayıb, amma artıq bezmişik" - BDU-da tələbələrdən pul yığılması idiasına reaksiya
Bugün, 15:15 CƏMİYYƏT
-
AMEA rəhbəri iki xanımı yeni vəzifəyə təyin edib
Bugün, 15:02 CƏMİYYƏT
-
Cənubi Koreyada rəzalət: 19 əlil qadını illərlə zorlayıblar
Bugün, 14:54 DÜNYA
-
AAK DEPUTATIN ELMİ İŞİNİ İKİ İLDİR TƏSDİQLƏMİR - Xanım millət vəkilinin DİPLOMU NİYƏ VERİLMİR?
Bugün, 14:45 GÜNDƏM
-
Səhiyyə Nazirliynin keçmiş mətbuat katibi yeni vəzifəyə təyin olunub
Bugün, 14:30 PRESS
-
Özbəkistanda yeni qaz yatağı kəşf edilib
Bugün, 14:19 İQTİSADİYYAT
-
Səhiyyə Nazirliyində tender skandalı: “Pulu Yaşar Əmənov Samirə, Samir mənə, mən də Əlimusa Musayevə verirdim"
Bugün, 14:13 İQTİSADİYYAT
-
İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Bugün, 14:06 KRİMİNAL
-
SƏUDİYYƏ VƏ İRANA BAĞLI DƏSTƏLƏRİN TOQQUŞMASI ŞİDDƏTLƏNİR - Yəmən Ordusu Bab əl-Məndəb və strateji limana nəzarəti geri qaytardı
Bugün, 13:57 GÜNDƏM
-
Danimarkada 8,8 milyon insanın məlumatları oğurlanıb
Bugün, 13:26 DÜNYA
-
İran Baş Qərargah rəisindən təhdid: "İrana qarşı yeni bir hücumun alovu hər kəsi bürüyəcək"
Bugün, 13:04 DÜNYA
-
"Soruşdu ki, Alim Qasımov toya neçəyə gedir, mən də dedim, bəlkə sizə xüsusi endirim edər..." -"Sonradan aralarında nə danışıldığını bilmirəm"
Bugün, 12:56 MƏDƏNİYYƏT
-
İlham Əliyev Malayziyaya səfərə dəvət olunub - Qəbul + FOTOLAR
Bugün, 12:42 GÜNDƏM
-
Sabah yağış yağacaq
Bugün, 12:40 CƏMİYYƏT
-
144 vəzifəli şəxsin işi prokurorluğa göndərildi
Bugün, 12:26 CƏMİYYƏT
-
“Azercell” yeni “Oyun Portalı”nı istifadəyə verir
Bugün, 12:18 İQTİSADİYYAT
-
Ramil Usubova ağır itki üz verib
Bugün, 12:12 GÜNDƏM