Milli Məclisin iki komitəsində "Media haqqında" yeni qanun layihəsi müzakrə olunub (Yenilənib)
28-12-2021 [14:40]
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələri "Media haqqında" yeni qanun layihəsinin üçüncü oxunuşda ictimai müzakirəsini keçirib.
Onlayn iclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, Agentliyin digər rəsmi şəxsləri, Mətbuat Şurasının sədri Əflatun Amaşov və media orqanlarının rəhbərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli açıb. O bildirib ki, məqsəd üçüncü oxunuşdan əvvəl qanun layihəsinin yenə də geniş müzakirəsini təşkil etməkdir.
“APA Media Group”un baş direktoru Vüsalə Mahirqızı çıxışında qeyd edib ki, bu qanun layihəsi, ümumiyyətlə, media sahəsini əhatə etmir, media subyektləri üçün hüquqi bazadır: “Qanun layihəsinin geniş ictimai müzakirəsi keçirilib. Açığı, son illərdə hansısa qanun layihəsinin bu qədər müzakirə olunduğunu xatırlamıram. Hesab edirəm ki, sosial mediada cəmiyyətin bütün tərəfləri qanun layihəsinə fikrini bildirib, müzakirələrdə iştirak etdilər”.
“Real TV”nin rəhbəri Mirşahin Ağayev isə Əli Həsənovun yaratdığı media ənənəsindən qurtulmağı zəruri sayıb: “Media haqqında” yeni qanun layihəsi əvvəlki qanundan qat-qat liberaldır. Burada söhbət təkcə qanun layihəsindən deyil, çox ciddi informasiya təhlükəsizliyindən gedir. Bu qanun layihəsi təkcə Azərbaycan mediasının müstəqilliyini yox, Azərbaycan dövlətinin müstəqilliyini müdafiə edən bir qanun olmalıdır. Bəziləri bu qanun haqqında yanlış fikir formalaşdırmağa çalışırlar. Onlar istəmirlər ki, biz güclü olaq. Onlar istəyirlər ki, köhnə mühitdə qalaq. Onlar bilirlər bu qanun qəbul olunduqdan sonra meydanda at oynada bilməyəcəklər”.
Oxu.az saytının Baş redaktoru Pərvin Abbasov qeyd edib ki, 77.2-ci maddənin əhatə dairəsinin genişləndirilməsinə ehtiyac var:
“77.2-ci maddədə mediada yayılmış həqiqətə uyğun olmayan məlumata görə redaksiya, eləcə də jurnalistin məsuliyyət daşımadığı hallar yer alıb. Düşünürəm ki, bu halların siyahısı genişləndirilməlidir. Məsələn, bəzi sənədlər Milli Məclisə daxil olur, həmin sənəd parlament müzakirəsinə çıxarılmadan onu bəzi bacarıqlı jurnalistlər əldə edərək xəbərlər hazırlayırlar. Jurnalist həmin sənəddə yer alanlara görə məsuliyyət daşıya bilməz”.
MEDİA-nın icraçı direktoru isə bu cür sənədlərin, hesabatların açıq olduğunu, jurnalistin buna görə məsuliyyətə cəlb edilə bilməyəcəyini söyləyib.
Sonra tədbirdə çıxış edən “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev həmkarlarının qanun layihəsi ilə bağlı çıxışları ilə həmfikir olduğunu söyləyib: “Həmkarlarım da çıxışlarında vurğuladılar ki, bu qanun layihəsinin çox geniş şəkildə müzakirəsi keçirilib. Bir çox səsləndirilən fikirlərin qanun layihəsinin yenilənmiş variantında əksini tapacağı qeyd edilib. Ona görə də hesab edirəm ki, bu qanunun qəbul edilməsinə ehtiyac var. Ancaq gələcəkdə hər hansı bir məsələlər ortaya çıxarsa, o zaman bu qanuna hər hansı dəyişiklik və ya əlavələr edilə bilər”.
Müzakirələrin gedişi zamanı Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli diqqətə çatdırıb ki, “Media haqqında” qanunla bərabər digər normativ-hüquqi aktlara da müvafiq dəyişikliklər olmalıdır.
Çıxış edən jurnalistlərdən bəzilərinin suallarını cavablandırarkən isə Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov media subyektləri və jurnalistlərə veriləcək imtiyazlar paketi ilə bağlı müzakirələrin getdiyini vurğulayıb: “İmtiyazlar paketi ilə bağlı müzakirələr gedir. Sadəcə bizə sual verirlər ki, güzəştlər nə qədər adama şamil ediləcək? Bu qanun qəbul edildikdən sonra güzəştlərlə bağlı qanunvericilik layihəsi hazırlanacaq və daha sonra müzakirəyə təqdim olunacaq”.
Tədbir daha sonra çıxışlarla davam etdirilib.
***
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və İnsan hüquqları komitəsinin onlayn formatda birgə iclası keçirilir.
Mia.az xəbər verir ki, toplantıda "Media haqqında" yeni qanun layihəsinin üçüncü oxunuşda müzakirə olunur.
İclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, agentliyin digər rəsmi şəxsləri, media orqanlarının rəhbərləri, deputatlar və jurnalistlər iştirak edirlər.
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi