Avropa İttifaqı ölkələrində əhalinin böyük hissəsi peyvənd olunub

img

27-12-2021 [15:24]


Cari ildə Avropa İttifaqı ölkələrində yetkin sakinlərin 78 faizi koronavirusa qarşı peyvənd olunub.

Bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen videomüraciətində bildirib. Onun dediyinə görə, son vaxtlar “omikron” ştamının sürətlə yayılması peyvəndləmənin zəruriliyini daha da artırır.

Son vaxtlaradək Aİ məkanında koronavirusa qarşı ABŞ-ın “Moderna” şirkətinin “Spikevax”, ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətlərinin “Comirnaty”, Böyük Britaniya və İsveçin “Astra Zeneca” şirkətinin “Vaxzevria”, ABŞ-ın “Johnson and Johnson” şirkətinin “Janssen” vaksini istifadə olunurdu. Dekabrın 20-də Avropa Dərman Agentliyi (EMA) tərəfindən verilən qərara əsasən, gələn ildən ABŞ-ın “Novavax” vaksini də istifadə olunacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?