Ramzan Kadırovdan blogerin 17 qohumunun yoxaçıxma xəbərinə reaksiya: "Sübut varsa, göstərsinlər"

img

27-12-2021 [09:12]


Çeçenistan lideri Ramzan Kadırov ölkədə 17 nəfərin itkin düşməsi ilə bağlı xəbərləri şərh edib

“RİA Novosti” xəbər verir ki, o, Çeçenistanın təhlükəsizlik qüvvələrinin bölgədə 17 nəfərin itkin düşməsi ilə bağlı məlumatının olmadığını bəyan edib.

Region rəhbəri ilə keçirdiyi mətbuat konfransında jurnalist respublikadan xaricdə yaşayan blogerin 17 qohumunun itkin düşməsi ilə bağlı yerli mətbuatda yayılan xəbərlərlə bağlı sual verib. KİV-in məlumatına görə, buna Çeçenistan hakimiyyətini tənqid etməsi səbəb olub.

"İndi deyirlər oğurlayıblar, mən də eşitmişəm: qadınlar, qohumlar, hə, 17 nəfər, deyirlər. "Rosqvardiya"dan, Daxili İşlər Nazirliyindən, Federal Təhlükəsizlik Xidmətindən soruşmuşam, onlarda belə bir məlumat yoxdur. Əgər onlarda məlumat olsa, biz məmnuniyyətlə axtararıq. Məndə belə bir məlumat yoxdur. Özləri deyirlər, bu, onların məlumatıdır. Sübut varsa, desinlər, göstərsinlər", - Çeçenistan rəhbəri əlavə edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?