Gürcüstanda “omikron” ştamı: 51 yoluxma halı təsdiqlənib

img

26-12-2021 [09:31]


Gürcüstanda koronavirusun “omikron” ştamına indiyədək 51 yoluxma halı təsdiqlənib.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze yerli Birinci kanala bildirib.

Onun sözlərinə görə, yoluxanlardan 5-i 18 yaşdan kiçikdir, onlardan biri 3 yaşlı uşaqdır və azyaşlı xəstəliyi simptomsuz keçirir.

Qeyd edək ki, qonşu ölkədə COVID-19-un yeni mutasiyasına ilk yoluxma faktı dekabrın 20-də qeydə alınıb./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?