Azərbaycanı "Eurovision 2014"də bu qız təmsil edəcək - FOTO

img

03-03-2014 [11:12]


Azərbaycanı "Eurovision 2014" mahnı müsabiqəsində kimin təmsil edəcəyi təsdiqlənib.İTV-də keçirilən milli seçim turunun final konsertindən sonra məlum olub ki, Azərbaycanı "Eurovision-2014"-də Dilarə Kazımova təmsil edəcək.

D.Kazımova mayın 6-da Kopenhagenin B&W Hallerne arenasında "Eurovision" mahnı müsabiqəsinin ilk yarımfinalında səhnəyə çıxacaq. Müğəninin hansı mahnı ilə yarışmaya qatılacağı isə martın 15-nə kimi açıqlanacaq.

Dilarə Kazımova "Milk and Kisses” qrupunun keçmiş üzvü və "Yeni Dalğa 2010” müsabiqəsinin laureatıdır. O bundan öncə də 2008-2010-cu illərdə "Eurovision" mahnı müsabiqəsinin seçimlərinə qatılıb.

Dilarə Kazımova 20 may 1984-cü ildə Bakıda anadan olub. Ü. Hacıbəyli adına Bakı musiqi akademiyasını bitirib, ixtisası opera vokalıdır. İkinci təhsilini incəsənət gimnaziyasında alıb. "Eurovision” mahnı müsabiqəsinə milli seçimlərin (2008, 2010) iştirakçısı olub. "Yeni Dalğa 2010” müsabiqəsinin laureatıdır.

Dilarə Kazımova "Unformal Harmony” rok qrupunun solistidir.

Heyvanları sevir və prinsipial olaraq xəz geyinmir.


Digər xəbərlər
SON XƏBƏRLƏR