Zelenskinin nümayəndəsi: “Saakaşvilini Ukraynaya qaytarmaq üçün bütün səyləri göstəririk”

img

21-12-2021 [23:35]


“Ukrayna hakimiyyəti Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin ölkəyə qaytarılması üçün əlindən gələn hər şeyi edir”.

Bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak feysbuk səhifəsində yazıb.

O, bu gün doğum günü olan M.Saakaşvilini təbrik edərək sabiq prezidentə cansağlığı, dözüm və ruh yüksəkliyi arzulayıb: “Mixeil Saakaşvili Ukrayna vətəndaşı olaraq qalır. Prezident (Volodimir Zelenski-red.) və komandası üçün bu, boş səs deyil... Biz onun Ukraynaya dönməsinə nail olmaq üçün bütün səyləri göstəririk”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?