FHN-in Modul Hospitalı "bazar"a dönübmüş: "Dedi, 3500 manatı mütləq çatdır, sonradan öyrəndim ki, xəstə ölüb"
20-12-2021 [18:05]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev, müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda şahid qismində Günel Abbasova dindirilib.
O bildirib ki, iki xəstəni təqsirləndirilən T.İmanov vasitəsilə FHN-in Tibb Xidmətinin Modul Tipli Hospitalına yerləşdirilməsinə köməklik edib: “Mən “Medikar” klinikasında həkim işləyirdim. Taleh İmanlıya zəng edib dedim ki, xəstə var, onu yerləşdirmək lazımdır. Söylədi ki, problem deyil, gətirərsən. Azər Həsənov adlı xəstəni ora gecə yerləşdirdik. Buna görə Taleh məndən 3 500 manat pul istədi. Məbləğ yüksək olduğuna görə vaxt istədim, ilkin olaraq 500 manat verdim. Sonra dedi ki, pulun qalanını tezləşdirim. Bildirdi ki, “məni də burada incidirlər, pul baş həkimə çatmalıdır”.
Daha sonra ikinci pasiyent Rasim İsmayılovu ora yerləşdirmək istədim. Taleh isə dedi ki, birincinin pulunu mütləq gətir, yoxsa alınmayacaq. Bir gün əvvəl 3 min manat pul verdim. Açığı sonradan xəbər tutdum ki, Azər Həsənov dünyasını dəyişib. İkinci pasiyentə görə Talehlə yenə danışdım. Bu şəxs tanışım olduğu üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə zəng edib, onları məlumatlandırdım. Talehə 3 min manat pulu vermək istəyəndə İdarə əməkdaşları tərəfindən saxlanıldıq”.
Növbəti proses 2022-ci ilin yanvarın 17-nə təyin edilib/Report.
Qeyd edək ki, istintaq zamanı İmran Ağayevin həmin vəzifədə işləyərkən müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucov ilə qabaqcadan əlbir olaraq hospitalın “VİP korpus”larına yerləşdirilərək daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilməsi müqabilində 6 nəfər şəxsdən ümumilikdə 10 min 500 manat pul vəsaitini almasına, həmçinin yenidən əmək müqaviləsinin bağlanması yolu ilə həmin müəssisədə fəaliyyətlərini davam etdirmələrinə görə hospitalın ayrı-ayrı əməkdaşlarından cəmi 5 min manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsinə əsaslı şübhələr müəyyən edilib.
İmran Ağayevin fasiləsiz şəkildə müəssisəyə qəbul olunmalarına dair görüntü yaratmaqla COVID-19 pandemiyasından əziyyət çəkən 140 nəfər xəstənin özünün təsisçisi və direktoru olduğu “Medi Style” MMC-nə məxsus Təcili Tibbi Yardım avtomobilləri vasitəsi ilə Modul Tipli Hospitala aparılması müqabilində həmin şəxslərdən xidmət haqqı qismində ümumilikdə cəmi 51 min 600 manat məbləğdə pul vəsaitini almasına əsaslı şübhələr müəyyən edilib.
Həmçinin, İmran Ağayevin müxtəlif tarixlərdə verdiyi COVID-19 test nəticəsi pozitiv çıxmış Rüfət Vəlizadənin (müəssisənin vəzifəli şəxsi) mütəmadi olaraq sərbəst şəkildə tibb müəssisəsinin inzibati binasını tərk edərək sərbəst şəraitdə hərəkət etməsinə şərait yaratmasına, həmin hərəkətləri ilə epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozaraq xəstəliyin yayılması ilə bağlı ağır nəticələrə səbəb olan real təhlükə yaratmasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanan sübutlar əsasında İmran Ağayev və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 139-1.2 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması ağır nəticələrə səbəb olduqda), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilib.
İlham Əliyev Avropa Şurasının Baş katibi ilə görüşdü - Nələr müzakirə edilib? (FOTO)
Rəsmi Tehran Qərblə danşıqların dirəndiyini açıqladı: "Hansı bir iranlı bunu qəbul edər?"
Putinin sözçüsündən Polşanın təhdidinə cavab: "Əsassızdır"
"Kəşfiyyatçı Xanı" Ağdamda qəbiristanlıqda minaya düşərək həlak olub - Üç qurumdan birgə açıqlama (YENİLƏNİB)
MEDİA: "Türkiyə mediasında bu kimi materialların yenidən tirajlanması dərin təəssüf hissi doğurur"
BMT Baş katibi iclasda: "Dünya dağılmağa doğru gedir"
AIIF 2025: Azərbaycana 10 milyard dollardan çox investisiya cəlb olunub - Mikayıl Cabbarov açıqladı
CHP liderindən növbəti dəfə şikayət olunub
Taksi sürücüləri imtahan verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
“Bakubus” avtobusunda qızlar əlbəyaxa olub - VİDEO
FƏLƏSTİNİN TANINMASI İSRAİLİN PLANI POZACAQ? - TƏHLİL
Türkiyədə ən çox və ən az məscidin olıduğu şəhərlər - SİYAHI
Əli Əsədov Türkiyənin milli təhsil naziri ilə görüşüb
NATO bəyanat yaydı: "Təyyarələrimiz dərhal havalanaraq..."
Qəzzada ölənlərin sayı 65382 nəfərə çatıb - Son statistika
Baş Prokurorluqda yeni təyinatlar olub
Azərbaycan Kuboku: I təsnifat mərhələsinin oyun cədvəli açıqlandı
Abşeronda elektrik açarını hansı qurum "OĞURLAYIB"?: "Azərişıq"la "Azərenerji" üz-üzə gəldi
Pedaqoji Universitetdə yeni oxu zalı yaradılıb - FOTOLAR
Şaiq Mirzəyev vəzifədən azad olunub - Rəsmi açıqlama yayıldı
Daha bir tanınmış şərhçi “İdman TV”dən ayrıldı
"Nar"ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub - FOTO
"Rəsul Həmzətov" sərhəd gəmisi Bakı limanına gəlib
SOCAR İtaliya şirkətindən pay alıb - Müqavilə imzalanıb
BMT-yə toplantıya gələn İran diplomatlarına qadağa qoyulub - Ərazidən kənara çıxmaq olmaz, alış-veriş olmaz!
Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalının açılışı olub
Masallıda antik dövrə aid küp məzar tapılıb - FOTO
Mingəçevir və Yevlaxda bəzi ərazilərdə qaz olmayacaq - Bu tarixdə
“Holcim Azərbaycan" cəzalandırılıb
Azercell ilə şəhərdaxili mikromobillikdə yeni mərhələ
Sabiq sədr həbs əməliyyatını əvvəlcədən necə bilib? - Deputatın atasının açıqlaması gündəmə "damğa vurub"
Sabah hava necə olacaq? - Proqnoz
Azərbaycan Baş Prokurorluğu ilə Tanzaniyə Baş Prokurorluğu arasında Anlaşma Memorandumu imzalandı
Dövlət Agentliyinə yeni səlahiyyət verildi
"Biz siyasətə qarışmırıq" - Turab Teymurov
"Uşaq Avroviziya 2025": Azərbaycanın təmsilçisi kim olacaq?
Növbə Ankara bələdiyyəsinə çatdı - Həbs əməliyyatları başlayıb
İlham Əliyev Səudiyyə Ərəbistanının Kralına məktub göndərib - MƏTN
İran prezidenti: "İlham Əliyevə salamımı çatdırın"