Keçmiş Baş Qərargah rəisi saxlanılıb - Almaniyada

img

20-12-2021 [09:12]


Gürcüstan Ordusunun Baş Qərargahının keçmiş rəisi general Georgi Kalandadze Almaniyada saxlanılıb.

“Mtavari Arxi” televiziya kanalı xəbər verir ki, general Gürcüstan hakimiyyətinin tələbi əsasında Berlində tutulub.

G. Kalandadze 2012-ci il oktyabrın 8-dən noyabrın 11-dək Gürcüstanın Baş Qərargahına rəhbərlik edib, onu bu vəzifəyə ölkənin keçmiş prezidenti Mixail Saakaşvili təyin edib.

Onun saxlanmanın səbəbi hələlik məlum deyil. Lakin G. Kalandadzeyə qarşı 2012-ci ildə Gürcüstanda vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə cinayət işi açılıb. Kalandadze özü də son illər Ukraynada işləyir. O, kiçik bir qrup gürcü əsgəri ilə birlikdə 2014-cü ilin yayında Ukraynaya gəlib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?