“Omikron” İrlandiyada sürətlə yayılır

img

19-12-2021 [18:53]


Yeni növ koronavirus infeksiyasının “Omikron” variantı digərlər ştamları sürətlə üstələyərək İrlandiyada dominant olub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, təkcə bu gün yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 5 124 yoluxma faktı qeydə alınıb, 436 xəstə xəstəxanaya yerləşdirilib, onlardan 107-si reanimasiya şöbələrindədir.

Nazirlik bildirib ki, yoluxanların təxminən 52 faizində “Omikron” ştamı aşkarlanıb.

“Koronavirusun omikron ştamının İrlandiyada dominant olması üçün cəmi iki həftə lazım oldu ki, bu da yalnız bu variantın nə qədər yüksək ötürücü olduğunu göstərir”, - məlumatda deyilir./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?