NATO-dan Ukrayna ilə bağlı xəbərdarlıq: "Biz ən pis vəziyyətə də hazır olmalıyıq

img

17-12-2021 [14:12]


“Ukrayna ətrafında vəziyyətin yaxşı olacağına ümid etsək də, bizim ən pis varianta hazır olmağımız vacibdir”.

RİA Novosti” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Bolqarıstanda Baş naziri ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Rusiyanın Ukrayna ətrafında hərbi mövcudluğunu əhəmiyyətli, ardıcıl və davamlı şəkildə gücləndirdiyini görürük. Bu şəkildə güc cəmləməsinin məqsədi hələ aydın deyil. Əlbəttə, biz vəziyyətin yaxşılaşacağına ümid etməliyik. Ancaq biz ən pis vəziyyətə də hazır olmalıyıq”, - o vurğulayıb.

Yens Stoltenberq NATO-nun Rusiyanın hərəkətlərini diqqətlə izlədiyini söyləyib: “Biz əmin olmaq üçün müttəfiqlərimizin təhlükəsizliyini müdafiə etməyə hazırıq. Biz Alyans üzvlərinə qarşı birbaşa təhdid görmürük. Ancaq gərginliyin artması müşahidə olunur. İlk növbədə, regiondakı müttəfiqlərimizə, xüsusilə Bolqarıstanda gərginliyi görürük”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?