Rəsmi Moskva açıq hədələndi: "Avropa İttifaqı Rusiyaya qarşı görünməmiş tədbirlər həyata keçirməyə hazırdır”

img

15-12-2021 [15:18]


“Rusiya Ukraynaya qarşı təcavüzkar siyasətini artırarsa, Avropa İttifaqı Rusiyaya yönəlik sanksiyaları genişləndirməyə və görünməmiş tədbirlər həyata keçirməyə hazırdır”.

“Reuters” xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Avropa Parlamentindəki çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ABŞ-la bu istiqamətdə sıx əməkdaşlıq davam edir: “Növbəti aqressiyaya sanksiyaların gücləndirilməsi ilə cavab verəcəyik. Sözsüz, biz Rusiyaya qarşı ciddi nəticələrə səbəb olacaq addımlar atmağa hazırıq”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:00 16.11.2024

Gənc şair necə ölüb?