Şarl Mişel Brüssel sammitinin mövzularını açıqlayıb

img

14-12-2021 [19:54]


Brüsseldə dekabrın 16-da keçiriləcək Avropa İttifaqı (Aİ) sammitində koronavirusla mübarizə, enerji qiymətləri, Aİ-NATO əməkdaşlığı, o cümlədən Rusiya və Ukrayna sərhədindəki vəziyyət müzakirə olunacaq.

"RİA Novosti" xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Avropa liderlərinə dəvət məktubunda yazıb.

Aİ-nin sammiti dekabrın 16-da Brüsseldə tam ştat formatında keçiriləcək. Bundan əvvəl dekabrın 15-də Aİ-Şərq Tərəfdaşlığı sammiti baş tutacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR