Bakıda maşın qaçıran şəxs Hacıqabulda postda saxlanılıb

img

13-12-2021 [12:34]


Bakıda avtomobil qaçıran şəxs Hacıqabulda postda saxlanılıb.

Mia.az DİN-ə istinadla bildirir ki, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 32-ci Polis Bölməsinə dekabrın 12-də saat 1 radələrində Qaraçuxur qəsəbəsində yaşayan B.Mehdiyevə məxsus “AzSamand” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil dekabrın 12-də saat 3 radələrində Hacıqabul rayonu ərazisində yerləşən postda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən sürücü M.Əlizadə və sərnişini Ş.Babayev saxlanılaraq Suraxanı RPİ-ə təhvil veriliblər.

Suraxanı RPİ-də araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA