İlyas İsmayılov həbsdə olan baş redaktorla görüşüb

img

27-02-2014 [14:56]



Ədalət Partiyasının sədri, Milli Məclisin "İnsan Hüquqları Komitəsi”nin sədri İlyas İsmayılov fevralın 27-də hazırda Kürdəxanı təcridxanasında saxlanılan "Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə görüşüb.

İ.İsmayılov Əvəz Zeynallının səhəti, saxlanılma şəraiti və apellyasiya şikayəti ilə bağlı işlərin gedişi ilə maraqlanıb. "Xural”ın baş redaktoru bunlarla bağlı hər hansı şikayətinin olmadığını deyib. Eyni zamanda, o, özünə qarşı elan edilən ittihamlarla barışmadığını və azadlığa çıxması üçün şikayətlərini davam etdirəcəyini bildirib.

Xatırladırıq ki, Əvəz Zeynallı on ay sürən məhkəmə prosesindən sonra 2013-cü il martın 12-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306 və 311-ci maddələri ilə ittiham olunaraq, 9 il azadlıqdan məhrum edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA