BMT-nin Baş katibi Pekin Olimpiadasına qatılacaq

img

09-12-2021 [22:06]


BMT-nin Baş katibi Antoniu Quterreş Pekində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak etmək təklifini qəbul edib.

Bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

Onun sözlərinə görə, Baş katib 2022-ci ilin fevralında Pekində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak etmək üçün Çin hökumətindən dəvət alıb və bunu qəbul edib.

Qeyd edək ki, ABŞ daxil olmaqla bir neçə ölkə Pekin olimpiadasını boykot edib.

Qış Olimpiya Oyunları gələn il 4-20 fevralda keçiriləcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR