XİN: "Gürcüstan "3+3" platformasının iclasında iştirak etməyəcək"

img

09-12-2021 [14:22]


Gürcüstan dekabrın 10-da keçiriləcək "altılıq" ("3+3") platformasının iclasında iştirak etməyəcək.

Bu barədə Gürcüstan Xarici İşlər nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, Gürcüstan tərəfi formatda iştirakla bağlı öz mövqeyini dəfələrlə təkrar edib.

“Xarici işlər nazirinin parlamentdəki sonuncu dinləmə zamanı məsələ ilə bağlı çıxışı da daxil olmaqla, Gürcüstan Xarici İşlər Nazirliyi "3+3" regional əməkdaşlıq təşəbbüsü ilə bağlı mövqeyini dəfələrlə aydın şəkildə vurğulayıb. Biz bu formatda iştirakı nəzərdən keçirməyəcəyik və ona görə də Gürcüstanb dekabrın 10-na təyin edilmiş iclasda təmsil olunmayacaq”,- deyə Nazirliyin bəyanatında bildirilib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR