Gürcüstanda əcnəbilərdən COVID-19 pasportu yeni qayda ilə tələb olunacaq

img

09-12-2021 [11:01]


Gürcüstanda xarici ölkə vətəndaşlarının COVID-19 pasportu əsasında obyektlərə buraxılması ilə bağlı qaydaya dəyişiklik edilib.

Bu barədə qərarı ölkənin Dövlət Qurumlarıarası Koordinasiya Şurası qəbul edib.

Qərara əsasən, www.covidpass.moh.gov.ge və yaxud CovidPass Georgia və Avropa İttifaqının rəqəmsal COVID sertifikatları sistemlərində qeydiyyatdan keçməyən əcnəbilər obyektlərə “yaşıl status” verən ölkənin rəsmi qurumunun sənədini (elektron və ya çap versiyası) təqdim etməlidir.

Həmin sənəd ya QR-kod, ya tam vaksinasiya kursunu təsdiqləyən sertifikat, ya da PCR testin mənfi nəticəsinə dair arayışdan ibarət ola bilər.

Qeyd edək ki, Gürcüstanda COVID-19 pasportlarının tətbiqinə dekabrın 1-dən başlanılıb. 18 yaşdan yuxarı ölkə vətəndaşları və əcnəbilər restoran, kafe, barlar, əyləncə mərkəzləri, teatr, kinoteatr, muzeylər, konsert zalları, kazino, spa və idman zalları, mehmanxana, dağ kurortlarında kanat yollarına yalnız bu sənəd əsasında buraxılır. Mağaza, supermarket, aptek və ictimai nəqliyyatda “yaşıl” pasport tələb edilmir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR