YENİ NAZİR MÜAVİNİ: "İngilis və azərbaycanca danışmaq çətindir, təyinatımdan sonra..."
07-12-2021 [15:32]
"Hələ 2008-ci ildə Azərbaycan Gimnastika Federasiyasının baş katibindən yığma komandanı Pekin Yay Olimpiya Oyunlarına hazırlamaq üçün dəvət almışdım. Bu, Azərbaycana ikinci səfərim idi. İlk səfərim 2007-ci ildə Bolqarıstan millisi ilə Bakıdakı Avropa çempionatına təsadüf etmişdi".
Bunu Azərbaycanın gənclər və idman nazirinin müavini Mariana Vasileva Bolqarıstan Teleqraf Agentliyinə müsahibəsində deyib.
47 yaşlı funksioner ilk dəvətlərdən imtina etdiyini xatırladıb: "Azərbaycanda qızlara bir həftəlik məşq keçdikdən sonra komandada qalmağa və onları olimpiadaya aparmağa çağırdılar. Lakin mən həmin vaxt imtina etdim. Bir neçə səbəbim var idi. Ən sası isə bu idi ki, heç vaxt xaricdə işləməyə can atmırdım. Digər tərəfdən, həmin vaxt yetirmələrimdən ikisi Bolqarıstan millisinin heyətində İtaliyanın Turin şəhərində keçiriləcək Avropa çempionatına hazırlaşırdılar. Üstəlik, "Levski" klubunun gimnastları ilə işləyirdik. Bütün bunlara görə dəvətdən imtina etdim. Bir həftə sonra məlumat aldım ki, Azərbaycan yığması olimpiadaya Sofiyada hazırlaşmaq istəyir. Beləliklə, biz Gerena şəhərində çalışmalara başladım. Paralel şəkildə hər iki ölkənin yığması ilə işləyirdim. Avropa çempionatında güclü çıxış etdik. Azərbaycanın iki finalı oldu, olimpiadada isə çoxnövçülükdə finala yüksəldilər".
O, sonradan dəvəti qəbul etməsinin səbəbini isə belə izah edib: "Daha sonra Azərbaycanın bütün milli komandaları ilə işləmək dəvəti gəldi. Üç aydan sonra razılaşdım və ailəmlə birgə Bakıya yollandım. Uyğunlaşma prosesi asan olmadı. İlk 3-4 ildə həmişə Bolqarıstana qayıtmaq istəyirdim. Amma elə anlar olur ki, başqa yerdə daha faydalı olduğunu anlayırsan".
Vasileva Azərbaycandakı həyatının dinamik olduğunu vurğulayıb: "İş, ev, ailə, dostlar, yarışlar və mübarizə. Vəziyyətə, yeni dəyişikliklərə tez uyğunlaşmalısınız. Pandemiyanın bizi tam başqa şəraitdə işləməyə məcbur etdiyini görə bilərsiniz. Azərbaycanda bolqarlar çoxdur. 2008-ci ildə buraya gələndə tez-tez Bakıda bütün bolqarların toplantılarını keçirirdik. Azərbaycan müxtəlif ölkələrdən, millətlərdən və müxtəlif dinlərdən olan mütəxəssislərdən istifadə edən ölkədir. Yaxşı haldır ki, dilindən, irqindən, dinindən asılı olmayaraq burada özünü azad hiss edirsən. Bolqarlar daha əvvəl çox idi, indi bir qədər azdır. Amma iqtisadiyyatın demək olar ki, bütün sahələrində və hər yerdə işləyirlər. İdmanda bolqar mütəxəssislər, hətta Azərbaycan üçün yarışan idmnançılar da var".
Nazir müavininin fikrincə, yeni vəzifəsi ona azərbaycanca öyrənməkdə yardımçı olacaq: "Azərbaycana gəlməmişdən əvvəl yalnız bolqarca danışırdım. Bu, təbii ki, təqdirəlayiq hal deyil. Amma indi cəsarətlə deyə bilərəm ki, rusca səlis danışıram. İngilis və azərbaycanca danışmaq çətindir. Bu dillərin qrammatikası çətindir, bolqar dili ilə heç əlaqəsi yoxdur. Əlifbanın biri latın, digəri kirildir. Amma düşünürəm ki, mənimlə bağlı hər şey yaxşıdır. Təbii ki, bu vəzifə indi mənə daha yaxşı danışmağa kömək edəcək. Çünki məşğul olmalı olduğum çoxlu sənədlər var. Söhbətlərin bir çoxu yalnız azərbaycanca olacaq"/Report.
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR