Rəşad Nəbiyev: "Bu, cəmiyyətdə ictimai inam yaratmaq, bölgədə sabitliyin..."
06-12-2021 [16:19]
"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 92 ədəd mobil rabitə operatorlarının baza stansiyaları fəaliyyət göstərir. Ərazilərin 72 %-i 2G şəbəkəsi ilə, 52 %-i 4G şəbəkəsi ilə təmin edilib".
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Həsənov Şamaxıda keçirilən "İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları" mövzusunda elmi-praktiki konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, həmin ərazilərdə televiziya və radio yayımının müvəqqəti bərpası artıq yerinə yetirilib: "Bu yaxınlarda Prezident İlham Əliyev Şuşada 130 metrlik Radio-Televiziya yayım qülləsinin təməlini qoyub. Bu da xüsusi bir xarakter daşıyır. Hal-hazırda insan kapitalının inkişafı istiqamətində işlər görürük. Bu baxımdan dövlət-özəl tərəfdaşlığına xüsusi önəm veririk. Dövlət-özəl əməkdaşlığı ilə tədqiqat laboratoriyalarının qurulması, kibertəhlükəsizlik sahəsində, yaxud da "Data analyst" sahəsində yeni kadrların yetişdirilməsi ilə bağlı artıq layihələrə başlamışıq".
R. Həsənov əlavə edib ki, İKT texnologiyaların, innovasiyaların işğaldan azad edilmiş ərazilərdə tətbiqi mühüm əhəmiyyət kəsb edir: "Bu istiqamətdə ilk növbədə ictimai inam faktorunu qeyd etmək istəyirəm. Azərbaycan ötən il möhtəşəm zəfər əldə etdi, qısa müddət ərzində mobil rabitə operatorları işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başladılar. Bu, cəmiyyətdə ictimai inam yaratmaq, bölgədə sabitliyin, həmçinin yeni reallıqların təminatında mühüm rol oynayır".
O, investor inamı haqqında danışarkən bildirdi ki: "İstər post- konflikt, istər də təbii fəlakətdən sonrakı dövrdə investorların ən çox üz tutduğu sahə məhz İKT sektorudur. Bu baxımdan həmin ərazilərdə dəstəkləyici mühiti yaratmaq və investorların cəlbi baxımından çox mühüm faktordur. İşğaldan azad edilmiş ərazilərdə İKT sektorunun bərpasnaı, iqtisadi aktivliyinin artırılmasına, makroiqtisadi göstəricilərin yaxşılaşdırılmasına həm birbaşa təsir edəcək, xidmət sektorlarının inkişafına səbəb olacaq. Bu gün tədbir çərçivəsində "Ağıllı kənd", "Ağıllı şəhər" konsepsiyalarından çox danışıldı, burada duran ən birinci məsələ "Əşyaların interneti"dir. İnternetin olması, şəbəkələşmənin çox güclü olması çox vacibdir/Report.
Təhsil eksperti AHİK rəhbərliyini necə çətin vəziyyətə salıb? - "Birdə-birə niyə belə bir oyuna əl atıldı?"
“Məndən nə istəyirsiniz?” – Rəqsanə canlı yayımda ağladı (VİDEO)
Manipulyasiya necə edilir və ya yalan nədir, doğru nədir? - TƏHLİL
Əli Əsədov sərəncam imzalayıb
Yasamaldakı qara paltarlı o qadın tutuldu - VİDEO, FOTO
DAHA BİR GENERALA YÜKSƏK VƏZİFƏ VERİLDİ
"TikTok"un vəzifəli şəxsləri gizli qoruma oyunu - Amerikada Tramp qorunur, bizdə isə Prezidenti təhqirə geniş yer açılır
Məktəb direktorunun şagirdi vurması iddiası araşdırılır
Sabah hava necə olacaq? - Proqnoz
AFFA klubları cəzalandırdı
Rusiyadda bakalavriat və magistratura ləğv edilir
"Changan"dan şikayətlər artır - Bəs ekspert nə deyir?
Deputat yenə cəza və cərimə tələb edən nazir müavininə qəzəbləndi: "İnsanlar boğaza yığılıblar"
Ordu və polis müvəqqəti prezidenti "Sədaqət andı" içdi - "Komandir əsası" təqdim olundu
"Balkonlardan tullanmayın" - Qapçının qolu ilə pley-offa yüksələn "Benfika"nın Baş məşqçisi kimə replika atdı?
Türklər parçalananda Rusiya böyüyür, birləşəndə kiçilir - Bu, tarix boyu təkrarlanan geosiyasi qanundur (Təhlil)
"Qardaşım vəfat etməyib" - Əhəd Abıyev
Kəmaləddin Heydərov yeni təyinata imza atıb
Etibar Əhmədov vəzifədən azad olunub
Şəmşad Ağa anasının dəfn mərasiminə buraxıldı - QƏRAR
"ABU-nun saxta diplomlu "məzunu" onu Xidmət rəisi təyin etdirdi..." - Jurnalist jurnalistin statusuna elə şərh yazdı ki... (FOTOLAR)
Daha üç nəfər dəm qazından zəhərlənib (Yenilınib)
Məhkəmənin qərarı olmadan axtarış aparılması... - Cinayət-Prosessual Məcəlləsi dəyişir
Maştağada istixanadan oğurluq edənlər saxlanıldı
ZƏNGİLANIN BU KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLDU
İsrail İran və müttəfiqlərinin hücumuna hazırlaşır
Xameneinin müşaviri müxtəlif dillərdə paylaşım etdi, bir neçə ölkəni hədələdi: "Görünməmiş cavab olacaq"
İran XİN başçısı ABŞ-a "dialoq əli" uzatdı: "Razılaşmaya hazırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı