Zelenski: “İlk dəfə dünya ukraynalıları özlərini yalnız diaspor, yalnız Ukrayna mənşəli yox, həm də..."

img

01-12-2021 [13:40]


Ukrayna Prezidenti Volodımır Zelenskiy bir neçə vətəndaşlıq haqqında qanun layihəsini parlamentə təqdim edib.

Bunu dövlət başçısı parlamentə illik müraciətində bildirib.

O deyib ki, dünyada ukraynalı toplumun dəstəklənməsi xarici siyasətimizin mühüm istiqamətlərindəndir.

Prezident bir neçə vətəndaşlıq məsələsinin ABŞ, Kanada, Avropa İttifaqı ölkələrində yaşayan ukraynalılar üçün mühüm əhəmiyyət daşıdığını söyləyib: “Bu gün müvafiq qanun layihəsini parlamentin müzakirəsinə çıxarıram. İlk dəfə dünya ukraynalıları özlərini yalnız diaspor, yalnız Ukrayna mənşəli yox, Ukrayna vətəndaşı kimi də hiss edəcəklər!”/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA