NATO-nun Baş katibi ilə ABŞ dövlət katibi Rusiyanı Ukraynaya görə hədələdi: "Açıq deyirik, hücum olarsa, Rusiya bunun qarşılığını alacaq"

img

30-11-2021 [20:48]


Bu gün NAO-ya üzv ölkələrin xarici işlər nazirləri Riqada toplanıb.

Mia.az xəbər verir ki, ilk görüş günündən sonra brifinq keçirən baş katibi Yens Stoltenberq Rusiyanı Ukraynaya görə hədələyib.

O bildiirb ki, Rusiya Ukraynaya hücum edə, onun torpağını işğala cəhd edərsə, bunun qarşılığını çox sərt şəkildə alacaq: "Bunu açıq deyirik, belə hal olarsa, Rusiya bunun qarşılığını alacaq".

Stoltenberq deyib ki, artıq Rusiya qarşı ən ağır iqtisadi və digər sahələr üzrə sanksiyalar da hazırlanıb.

NATO baş katibi ilə yanaşı ABŞ Dövlət katibi Blinken də Rusiyanə hədələyib. O. Ukrayanaya açıq dəstəklərini ifadə edərək, Rusiyanı gərginliyi artırmaqdan çəkinməyə çağırıb.

Onu da qeyd edək ki, nazirlərin toplantısı iki gün davam  edəcək.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
08:48 17.02.2026

Ərdoğan Efiopiyaya gedir

22:56 16.02.2026

DÖRD TABUT

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA