Nazirdən daha bir dəyişiklik: iki şöbə birləşdi, yeni təyinat oldu - Sabiq şöbə müdirinə isə Heydər Əliyev Fondunda vəzifə verildi

Nazirdən daha bir dəyişiklik: iki şöbə birləşdi, yeni təyinat oldu - Sabiq şöbə müdirinə isə Heydər Əliyev Fondunda vəzifə verildi

CƏMİYYƏT

29.11.2021, 14:46

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji planlaşdırma və iqtisadi təhlil şöbəsi ilə İnnovasiyalar və rəqəmli inkişaf şöbəsi birləşdirilib.

Mia.az Report-a istinadla xəbər verir ki, həmin şöbələrin bazasında Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsi yaradılıb.

Yeni şöbəyə rəhbərlik Anar Qasımova həvalə edilib. O, indiyə qədər Strateji planlaşdırma və iqtisadi təhlil şöbəsinin müdiri olub.

İqtisadi təhlil şöbəsi ilə İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinə rəhbərlik etmiş Rəşad Əzizov isə fəaliyyətini bundan sonra Heydər Əliyev Fondunda davam etdirəcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR