Daha bir İşçi Qrupu toplandı: nələr müzakirə olunub? - FOTO
25-11-2021 [10:53]
Azərbaycanın işğaldan azad edilən ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılan Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib.
Mia.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin Şuşa və Ağdam nümayəndəliklərinin, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Energetika, Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Turizm Agentliyinin, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin və digər müvafiq dövlət qurumlarının məsul nümayəndələri iştirak ediblər.
İclasda ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda aparılan kompleks monitorinqlər, o cümlədən transsərhəd çayların çirklənməsinə nəzarət edilməsi məqsədilə aparılan monitorinqlər haqqında qrup üzvlərinə məlumat verilib.
İşğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın layihələndirmə və planlaşdırma ehtiyaclarının təmin olunması üçün topoqrafik xəritələrin hazırlanması işləri aparılıb, eləcə də bu rayonlarda yerli tikinti və inşaat materialları ehtiyatları qiymətləndirilmiş, bərpa-quruculuq işlərində istifadə üçün təklif edilib.
Görüşdə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı meşə fondunun bərpasını nəzərdə tutan “2022-2026-cı illər üzrə Meşə Fondunun Bərpası Proqramı” haqqında qrup üzvlərinə məlumat verilib. Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində işğaldan azad edilmiş ərazilərdə meşə fondunun bərpası ilə əlaqədar Cəbrayıl şəhərinin yaxınlığında hər biri 20 hektar olmaqla payız əkini mövsümündə qapalı kök sistemli tingliyin və “Dostluq meşəsi”nin salınması, “Təlim mərkəzi”nin yaradılması işlərinə başlanılıb. Sözügedən tinglik müəssisəsinin yaradılması bu ərazilərdə meşəbərpa tədbirlərinin həyata keçirlməsinə böyük təkan verəcək.
“İşğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonası” Konsepsiyası haqqında Energetika Nazirliyi tərəfindən məlumat verilib. Yaşıl Enerji Zonası Konsepsiyası çərçivəsində bərpa olunan enerji mənbələri potensialından maksimum istifadə, enerji təchizatı ssenariləri, habelə müxtəlif ssenarilər üzrə günəş panelləri, günəş kollektorları, istilik nasosları və digər enerji səmərəli və yaşıl texnologiyaların tətbiqi variantlarına dair yanaşmalar təqdim edilir. Bundan əlavə küçələrin işıqlandırılmasında, ictimai binaların enerji təchizatında yaşıl texnologiyalardan istifadə, habelə müxtəlif fəaliyyət sahələrində enerji səmərəli innovativ yanaşmaların tətbiqi imkanları haqqında məlumat verilib.
Görüşdə həmçinin işğaldan azad edilmiş ərazilərdə tullantıların idarə olunmasının planlaşdırılması və bununla əlaqədar digər işçi qrupları ilə aparılan müzakirələr haqqında qrup üzvlərinə məlumat verilib.
Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər işçi qrupları ilə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirməkdədir.
AHİK-DƏ DƏYİŞİKLİKLƏR
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər