Ekspert lirənin çökməsini Ərdoğanla əlaqələndirir: "AKP hakimiyyətini iqtidardan salmağı hədəfləyiblər”
24-11-2021 [13:20]
"Türkiyə lirəsinin kəskin ucuzlaşmasının başında ABŞ və müəyyən kəşfiyyat orqanları durur. Vaşinqton süni iqtisadi-maliyyə üsulu ilə lirəni ucuzlaşdırmaqla, əslində, 2023-cü il seçkiləri öncəsi AKP hakimiyyətinin mövqeyinin zəifləməsinə nail olmaq istəyir”.
Mia.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Türkiyə lirəsinin kəskin ucuzlaşmasının bu ölkədəki siyasi proseslərə təsirindən danışarkən deyib.
Həmsöhbətimizin fikrincə, birjalarda baş verən hadisələr və təhlillər göstərir ki, bu süni şəkildə yaradılan və idarə olunan prosesdir:
"Əsas hədəf də AKP hakimiyyəti və bilavasitə Prezident Rəcəb Tayyib Ərdoğandır. Ərdoğan bu gün Qərb dünyası və bir çox qlobal maliyyə şəbəkələrinin bir nömrəli hədəfinə çevrilib. Ona görə də 2023-cü il seçkiləri Türkiyə üçün strateji seçim olacaq. Hiss olunur ki, bu seçkilərə Qərb dünyası da ciddi hazırlaşır. Qərb siyasi dəstək verməklə yerli müxalifət partiyalarının birliyini təmin edib, seçkilərdə onların qalib gəlməsini hədəf seçib”.
Politoloq qeyd edir ki, baş verən hadisə Türkiyə xalqının xeyrinə olacaq məsələ deyil:
"Bu, təkcə Ərdoğan məsələsi də deyil. Əksinə, Qərb dünyası bütün zamanlarda idarə olunan Türkiyə arzulayıb. Son illər isə Türkiyə müstəqil geosiyasət yürüdüb ki, bu da Qərbin xoşuna gəlməyib. Ona görə də müxtəlif üsul və metodlardan istifadə etməklə AKP hakimiyyətini iqtidardan salmağı hədəfləyiblər”.
Ekspert bildirir ki, indiki vəziyyətdə lirənin ucuzlaşmasının qarşısını almaq mümkün deyil, ancaq yaxın perspektivdə Ərdoğanın rəhbərliyi ilə bununla bağlı strateji qərarlar veriləcək:
"Bu səbəbdən düşünürəm ki, lirənin ucuzlaşması prosesi uzunmüddətli olmayacaq. Baş verən olay qismən də olsa ictimai rəyə təsir edəcək. Ancaq əminəm ki, 2022-ci ildən başlayaraq belə halların qarşısını almaq üçün ciddi tədbirlər görüləcək və xalq anlayacaq ki, süni yaradılan bu ajiotaj Türkiyə insanının xeyrinə olacaq məsələ deyil. Anladıqca da güclü Türkiyənin memarı olan Ərdoğanın arxasında dayanacaq”.
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı (Yenilənib)
AFFA hesabat verib - VİDEO (YENİLƏNİB)
"Bu, ədalətdir, bu, insan ləyaqətidir" - Hikmət Hacıyev
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İran ABŞ-ın daha bir bazasını vurdu: "Mühəndis və pilotlar..."
BU YOL PULLU OLDU - Əli Əsədov qərar imzaladı, məbləğ müəyyənləşdi