Saakaşvilinin tərəfdarları Tbilisidə canlı zəncir yaradıb - FOTO

img

23-11-2021 [17:47]


Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində canlı zəncir təşkil olunub.

Mia.az Report-a istinadla xəbər verir ki, keçmiş prezident Mixeil Saakaşvilinin tərəfdarları və ictimai fəalların qatıldığı simvolik aksiya “Qızılgül inqilabı”nın 18-ci ildönümünə həsr edilib.

Canlı zəncir Azadlıq meydanından keçmiş “Qızılgül”, indiki Birinci Respublika meydanına qədər uzanıb.

Əl-ələ tutan iştirakçılar "Mişa!" şüarı səsləndirərək M.Saakaşviliyə bu günə görə təşəkkür ediblər.

Aksiyanın məqsədi 23 noyabr tarixinin əhəmiyyətini və dəyərini xatırlatmaqdan ibarət olub.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR