Kremldən Putinin səhhəti ilə bağlı açıqlama: “O, indicə görüş keçirib”

img

22-11-2021 [15:59]


Rusiya Prezidenti Vladimir Putin koronavirusa qarşı üçüncü doza (buster) peyvəndi vurdurduqdan sonra özünü yaxşı hiss edir.

 TASS xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov noyabrın 22-də keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, dövlət başçısı “Sputnik Light”la (“Sputnik layt”) aşı olunub.

D.Peskov əlavə edib ki, V.Putin hazırda iş başındadır: “O, indicə görüş keçirib”.

Məlumata görə, Rusiya Prezidenti bu yaxınlarda revaksinasiya olunub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR