Zalkaliani: “Gürcüstanın regional siyasəti qarşılıqlı faydalı əməkdaşlığa yönəldilib”

img

19-11-2021 [14:59]


“Gürcüstanın qonşu ölkələrlə balanslaşdırılmış və tərəfdaşlıq münasibətləri şübhəsiz ki, qarşılıqlı faydalı regional əməkdaşlığa yönəldilib. Bu, bizim əsas prioritetimizdir”.

Bu fikirləri Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani parlamentdə “nazir saatı” formatında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu istiqamətdə 2021-ci ildə atılmış addımlar çox önəmli olub: “Regionda baş vermiş eskalasiya ilə əlaqədar olaraq biz münaqişəyə münasibətdə birmənalı şəkildə balanslaşdırılmış siyasət yürütdük. Hərbi yüklər və tranzit daşımalarına dərhal reaksiya verildi. Biz humantar yüklərin maneəsiz hərəkətinə şərait yaratdıq. Bu, deeskalasiyaya müəyyən mənada kömək etdi. Gürcüstanın hər iki qonşusu ilə fəal təmasları da çox vacib idi”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR