Türkiyə və Ukrayna hökumətləri arasında hərbi əməkdaşlıq barədə çərçivə sazişi ratifikasiya edilib

img

18-11-2021 [18:21]


Ali Rada Türkiyə və Ukrayna hökumətləri arasında hərbi əməkdaşlıq barədə çərçivə sazişini ratifikasiya edib.

Ukrayna KİV xəbər verir ki, sənədin lehinə ölkə parlamentinin 303 deputatı səs verib.

Saziş 2020-ci il oktyabrın 16-da Vladimir Zelenskinin Türkiyəyə rəsmi səfəri zamanı imzalanmışdı. Sənəd 21 istiqamət üzrə Türkiyə ilə Ukrayna arasında hərbi əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR