20-02-2014 [12:08]
Bu bir faktdır ki, kişilər evlənənə qədər qadınlar barəsində olduqca geniş təcrübə toplayırlar. Ən sonda isə onlar haqqında əldə etdikləri bütün bu təcrübələrdən istifadə edərək bir qadını sözün yaxşı mənasında ələ keçirir, onu ömür-gün yoldaşı seçirlər. Bəs kişilər bu qədər seçim arasından evlənəcəkləri qadını necə müəyyənləşdirirlər. Onların üçün evlənəcəkləri xanımda lazım olan əsas xüsusiyyətlər hansılardır?
Düşünürük ki, bu sualın cavabı əsasən xanımlarımız üçün maraqlıdır.
Əgər siz də sevdiyiniz kişini evliliyə həvəsləndirmək istəyirsinizsə, aşağıdakılara əməl etməyiniz mütləqdir.
- Kişilərin qadınlarda heç sevmədiyi xüsusiyyətlərdən birincisi artıq münasibətlərinin 4-5-ci aylarında qadının ona evliliklə bağlı mesaj ötürməsidir. Siz onu sevirsiniz, gələcək həyatınızı onunla birləşdirmək istəyirsiniz, bu, normal haldır, amma unutmayın ki, evlilik yalnız sizin deyil, tərəflərinin hər ikisinin birgə qəbul etməli olduğu qərardır. Ona evliliklə bağlı söz vurmaqdansa, sizi tanıması üçün şans verin. Əgər siz onun evlənmək, ailə qurmaq istədiyi xanımsınızsa, onsuz da gec-tez bu barədə fikrini özü sizə bildirəcək. Amma əmin olun ki, sizin bu barədə üstübağlı söhbətləriniz onu sizə yaxınlaşdırmaq əvəzinə, daha da uzaqlaşdıracaq.
- Kişilərin evlənmək istəməsinin əsas səbəblərindən biri də onların həyatlarını idarə edəcək, qaydaya sala biləcək bir insan arzulamalarıdır. Buna görə də onlar belə hesab edirlər ki, evlənəcəkləri qadın yalnız özünə baxımı ilə seçilməməli, həmçinin, həyat yoldaşının da qayğısına qalmağı bacarmalıdır. Bu zaman xanımın əsas etməli olduğu şey ona yaxşı həyat yoldaşı ola biləcəyini hiss etdirməkdir. Onun evdəki səliqə-səhmanı ilə maraqlanın. Hətta nə vaxtsa, onlara getmisinizsə, mətbəxə girib çirkli qabları yumaqdan belə çəkinməyin. Bununla siz ona necə səliqəli biri olduğunuzu və onun həyatını asanlaşdırmaq üçün çalışdığınızı sübut etmiş olacaqsınız.
- Kişilər üçün anaları dünyadakı ən fədakar, ən dözümlü qadındır. Onlar üçün ananın övladına sevgisi tamam başqa bir sehirdir. Buna görə də ona uşaqlara qarşı olan sevginizi göstərməyə çalışın. (əgər həqiqətən də belədirsə) Sizin üçün mükəmməl ana necə olmalıdır, övladını necə tərbiyə etməlidir? Bu haqda söhbət açmağa çalışın. Bir sözlə, ona gözəl ana ola biləcəyinizi sübut edin!
- Kişilərin qadınlarla bağlı ən böyük qorxularından biri də evləndikdən sonra onun əsl qeybətcil ev qadınına çevriləcəyidir. Amma siz ona hər sözünüzlə, hər hərəkətinizlə evlilikdən sonra dəyişilməyəcəyinizi bildirin. Evləndikdən sonra heç vaxt qonşunuz Fatmanisə xalaya çevrilməyəcəyinizə onu inandırın.
- Əziz xanımlar, qəbul edin ki, bəzən hətta ən xırda səbəbləri belə böyük mübahisələrə çevirə bilirsiniz. Bu xasiyyətinizi ya birdəfəlik dəyişməyə çalışın, ya da heç olmasa sevgili olduğunuz müddətdə bunu ona bildirməyin. Sizin müəyyən xırda mübahisələriniz, qısqanclıqlarınız ən başda kişiyə şirin görünə bilər. Amma bu xırdalıqlar get-gedə böyüdükcə siz onun üçün dözülməz qadın obrazına, sizinlə birlikdə təsəvvür etdiyi gələcək ailə həyatı isə kabusa çevriləcək. Buna görə də çalışın ki, xırda qısqanclıqlar elə onun gözündə sizin özünəməxsusuluğunuz kimi qalsın. (kishi.az)
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb