Gürcüstanda dekabrın 1-dən COVID-19 pasportu tətbiq olunacaq

img

08-11-2021 [14:43]


Bu ilin dekabrın 1-dən etibarən Gürcüstanda COVID-19 pasportu tətbiq ediləcək.

Bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili məlumat verib.

Onun sözlərinə görə, “yaşıl pasport”larda vətəndaşın koronavirus keçirməsi, PCR testlərin nəticələri və vaksinasiya kursu barədə informasiyalar qeyd olunacaq.

İ.Qribaşvili vurğulayıb ki, koronavirusa yoluxmuş şəxsə də “yaşıl status” veriləcək.

O bildirib ki, COVID-19 pasportunun tələbləri 18 yaşdan yuxarı vətəndaşlar və turistlərə şamil olunacaq: “Dekabrın 1-dən etibarən vətəndaşlar və turistlər müxtəlif obyektlərə “yaşıl pasport” təqdim etməklə daxil ola biləcəklər. Bu qayda həmin obyektlərdə çalışanlara deyil, yalnız ziyarətçilərə aid ediləcək”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR