Natiq Cavadlı işdən çıxarıldı

img

19-02-2014 [22:45]


Tanınmış jurnalist Natiq Cavadlı bu gün çalışdığı "Bizim yol” qəzetindəki işindən çıxarılıb. Bu barədə sosial şəbəkələrdə yayılan xəbərləri "Bizim yolun redaksiyasından da təsdiqləyiblər.

Məlumata görə, jurnalistin işdən çıxarılmasına Natiq Cavadlının Müsavat Partiyasının üzvü iqtisadçı ekspert Qubad İbadoğlundan götürdüyü müsahibə səbəb olub. Belə ki, Qubad İbadoğlu həmin müsahibədə Dövlət Gömrük Komitəsi ilə bağlı tənqidi fikirlər səsləndirib. Həmin fikirlər isə redaktə edilmədən qəzetdə yayımlanıb.
Bundan sonra qəzetin rəhbərliyi Natiq Cavadlını çağıraraq işdən ayrılması barədə göstəriş verib.

Modern.azsaytı Natiq Cavadlı ilə əlaqə saxlayıb.Jurnalist işdən ayrıldığını təsdiqləsə də, bu haqda danışmaq istəməyib. Ancaq bildirib ki, bundan sonra "Bizim yol” qəzetinə qayıtmağı düşünmür. N.Cavadlı hələlik "BBC Azərbaycanca" ilə əməkdaşlıq edəcəyini söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA