Türkiyə MN: "ABŞ heyəti ilə görüşdə F-35 məsələsində konkret mövqe ortaya qoyduq"

img

01-11-2021 [13:32]


“ABŞ heyəti ilə müzakirələrimizdə F-35 qırıcı təyyarələri mövzusunda konkret mövqe ortaya qoyduq”.

“TRT Haber” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi noyabrın 1-də keçirilən brifinq zamanı məlumat verib.

“Növbəti müzakirə ABŞ-da olacaq. Biz mövqeyimizi ortaya qoyduq. Birincisi, F-35 proqramına geri qayıtmaq, ikincisi isə ayrılan təyyarələrin təhvil verilməsi. Əgər bunlar olmasa, ödədəyimiz pulun qaytarılması ilə bağlı görüş nəzərdə tutulub. Bu istiqamətdə müzakirələr davam edəcək”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR