Gürcüstan XİN-dən 29 gündür aclıq edən sabiq prezidentlə bağlı açıqlama: “Saakaşvilinin ekstradisiyası ilə bağlı...”

img

29-10-2021 [21:21]


Mixeil Saakaşvilinin Ukraynaya ekstradisiyası ilə bağlı danışıqlar olmayıb və hazırda da aparılmır.

Bbu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

XİN məsələnin diplomatik kanallarla Ukrayna tərəfi ilə müzakirə olunması barədə informasiyanı təsdiqləmədiyini bəyan edib.

Qeyd edək ki, bu gün Gürcüstanın keçmiş prezidentinə baş çəkən ukraynalı deputat Aleksandr Kovalçuk siyasətçinin Ukraynaya təhvil verilməsinə hazırlığın getdiyini bildirib.

M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, Rustavi şəhərində 12 saylı həbsxanada saxlanılır və artıq 29-cu gündür aclıq aksiyası keçirir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR